İnsan nəfsi barəsində nazil olan ayələr və nəql olunan rəvayətlər
Səhifə sayı: 6
iki qismə bölünür.
Bunlardan bir qismi nəfsi çox dəyərli, mələkuti, şərafətli və mücərrəd aləmdən
gələn, bütün insani dəyər və səciyyələrdən də fəzilətli olan bir gövhər kimi vəsf
edir. Bu növ ayə və rəvayətlərdə insana onun qorunub saxlanmasında, qüvvətləndirilib
pərvəriş verilməsində ciddi cəhdlə çalışması, belə bir dəyərli gövhərin əldən
verilməsi nəticəsində ziyan görülməməsi üçün səy göstərməsi tövsiyə olunur.
Misal üçün Quranda buyurulur: “Ey Məhəmməd!
Səndən ruhun həqiqəti barəsində soruşurlar. Cavabında de: “Ruh mənim Pərvərdigarımın
əmrindəndir (Onun əmri ilə yaradılmışdır) və sizə (bu barədə) yalnız cüzi (az)
bir bilik verilmişdir.” 16
Bu aləmdə ruh əmr (təcərrüd) aləmindən - maddi aləmin
fövqündə dayanan bir aləmdən gələn varlıq ünvanı ilə vəsf edilir.
Əmirəl-möminin Əliyyibni
Əbitalib (ə) nəfs barəsində buyurur: “Nəfs çox bir qiymətli gövhərdir, hər kəs onu
qoruyub saxlasa onu çox yüksək məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq
etsə, onu alçaqlığa çəkəcəkdir.” 17
Başqa bir hədisdə buyurur: “Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə,
onu fani və ötəri işlər görməklə alçaqlığa çəkməz.” 18
Başqa bir hədisdə isə
belə buyurur: “Hər kəs öz nəfsinin şərafətini
anlasa, onu şəhvətlərin və batil arzuların alçaqlığından qoruyar.” 19
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa onun atifələri
və insani duyğuları çox olacaqdır.” 20
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa, onu (başqalarından
bir şey) istəmək zillətindən uzaq saxlayar.” 21
Bu kimi bir çox ayə və rəvayətlərdən
məlum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir. Hər bir kəs
onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.
İkinci qismdən olan ayə və rəvayətlərdə nəfs çox şər, insanın düşməni və
bütün pisliklərin mənşəyi kimi təqdim edilir və onunla mübarizə aparıb onu məğlub
etmək tövsiyə olunur. Əks halda bu insanın bədbəxtliyinə səbəb olacaqdır. Misal
üçün, Quranda
Haşiyələr:
“İsra” surəsi, ayə:85
“Ğürərül-hikəm”, səh.226
“Ğürərül-hikəm”,səh.669
“Ğürərül-hikəm”,səh.710
“Ğürərül-hikəm”, səh.638
“Ğürərül-hikəm”, səh.669
Səhifə sayı: 7
buyurulur: “Amma hər kəs öz Rəbbinin məqamından qorxsa və
nəfsini onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır. 22
Quranda Həzrət Yusifin (ə)
dilindən belə deyilir: “Mən öz nəfsimə
bəraət qazandırmıram. Çünki nəfs həmişə insanı pisliklərə əmr edir. Yalnız
Allahın rəhm etdiyi kəslərdən başqa.” 23
Peyğəmbəri-Əkrəm (s.ə.v.v)
buyurub: “Sənin ən böyük düşmənin iki
böyrün arasında yerləşən nəfsindir.” 24
Əmirəl-möminin Əliyyibni
Əbitalib (ə) buyurur: “Nəfs həmişə
insanı pisliklərə doğru əmr (sövq) edir. Hər kəs ona arxayın olsa nəfs ona xəyanət
edər, hər kəs ona etimad etsə nəfs onu həlak edər, hər kəs ondan razı olsa nəfs
onu daxil olunan yerlərin ən pisinə daxil edər.” 25
Həzrəti Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) başqa bir hədisdə
buyurur: “Öz nəfsinə xatircəm olmaq şeytan
üçün ən möhkəm fürsətlərindəndir.” 26
İmam Səccad (ə) belə deyir: “Pərvərdigara! Sənə şikayət edirəm həmişə
pisliklərə göstəriş verən, günah və xətalara üz gətirən, günahı sevən, özünü Sənin
qəzəbin qarşısında qərar verən və məni günahlara və fəlakət yollarına çəkən nəfsin
əlindən!” 27
Bu kimi ayə və rəvayətlərdən
məlum olur ki, nəfs çox pis və şər varlıq və bütün pisliklərin mənşəyidir,
onunla mübarizə aparıb məğlub etmək
lazımdır.
Bəziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan
iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır. Yaxud belə fikirləşə bilər
ki, insanın iki nəfsi vardır; biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs,
digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki, bu iki təsəvvürün
hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət
yoxdur. İkincisi, isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur.
Onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən
ayrı olması da düzgün deyildir. Lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə
malikdir. . Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir
heyvandır, yüksək mərtəbədə isə
Haşiyələr:
“Naziat” surəsi ayə:41
“Yusif” surəsi, ayə:53
“Biharul-ənvar”, 70-ci cild, səh.64
“Ğürərül-hikəm”, səh.226
“Ğürərul-hikəm” səh.54
“Biharul-ənvar”, 94-cü cild, səh.143
Səhifə sayı: 8
ona ilahi ruh üfürüldüyü
və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli
olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş
edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma
“nəfs sənin düşmənindir, ona etimad edərsənsə o səni həlak edər, onunla cihad və
mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə,
yəni heyvani mərtəbəsinə işarədir. Əgər “öz nəfsini gücləndir və ona pərvəriş
ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər “onunla mübarizə
aparıb məğlub et” deyilirsə, onun heyvani və alçaq mərtəbəsi nəzərdə
tutulur.
Bu iki “öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə
mövcuddur. Heyvani “öz” insanı həmişə öz meyl və istəklərini təmin etməyə sövq
edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani
nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani
“öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini
qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün
insan özünün heyvani qərizələri və meyllərini nəzarət altına alıb cilovlamalı,
onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı
birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti “öz” qələbə
çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru
seyr etdirir. Amma əgər heyvani “öz” qələbə çalarsa insan əqlinin çırağı sönür
və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs
və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.
Комментариев нет:
Отправить комментарий