воскресенье, 28 июля 2013 г.

RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR

İmam Əli (ə) buyurur: “Ruzinin çox və ya az olması ruzi verəndən başqasının əlində deyildir”.



İmam Əli (ə) buyurur: “Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zəmanət edilmişdir”.

İmam Sadiq (ə) buyurur: “Halal ruzi istəməkdən əl çəkmə. Çünki, halal ruzi istəmək sənə dinində kömək edəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm insanı axtardığı kimi, ruzi da insanı axtarar”.

İmam Sadiq (ə) buyurur: “Allah Təala möminin ruzisunu elə yerdən yetirər ki, heç onun haqqında fikirləşməyib belə. Möminin ruzisinin haradan gələcəyinin bilməməsinin səbəbi odur ki, çoxlu dua edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsə ki, Allah nemət verər, gərək o, Allaha həmd deyib, Ona təşəkkür etsin. O kəsin ki, ruzisi təxirə düşər, Allahdan bağışlanma istəsin”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Allahın verdiyi az nemətə razı olarsa, Allah da onun az əməlinə razı olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kəs ki, ailəsi ilə yaxşı rəftar edər, ruzisi artar”.

İmam Sadiq (ə) buyurur: “Xoşbəxtlik ruzini artırar”.

İmam Əli (ə) buyurur: “Din qardaşına maliyyə yardımı göstərmək ruzini artırar”.

İmam Əli (ə) buyurur: “Əmanətdarlıq ruzini artırar”.

İmam Baqir (ə) buyurur: “Qardaşlarının arxasında dua et ki, bu iş ruzini sənin tərəfinə endirər”.

İmam Əli (ə) buyurur: “Sədəqə vermək, ruzini artırar”.

İmam Baqir (ə) buyurur: “Zəkat vermək ruzini artırar”.

İmam Əli (ə) buyurur: “Hər kəsin ki, niyyəti xoş olarsa, ruzisi da çox olar”.

İmam Baqir (ə) buyurur: “Bəndə günah işlədər və buna görə də ruzi ondan alınar”.

Həzrət Peyğəmbər (s) buyurur: “İbadətin on bölməsi vardır ki, onun doqquzu ruzi istəməkdir”.

İmam Rza (ə) buyurur: “O kəs ki, ailəsinin xərcini təmin etmək üçün Allahdan ruzi istəyərsə, savabı Allah yolunda cihad edəndən çoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, halal qazanc üçün özünü zəhmətə salarsa, bağışlanmışdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Halal ruzi əldə etmək üçün işləmək - cihaddır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs əlinin halal zəhmətini yeyərsə, behiştin qapıları üzünə açılar. Hansı qapını istəsə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Məlun, məlun o kəsdir ki, ailəsinin xərcini ödəyə bilmir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı ruzi odur ki, kifayət qədər olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Az və kifayət qədər ruzi, çox və (Allahı yada salmaqdan) saxlayan ruzidən yaxşıdır”.



Комментариев нет:

Отправить комментарий